Jurnalistlər “CinemaPlus”da “Kendi Yolumda” türk komediyasını izləyiblər

Jurnalistlər “CinemaPlus”da “Kendi Yolumda” türk komediyasını izləyiblər “28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinema Distribution” kompaniyasının dəstəyi ilə media nümayəndələri üçün “Kendi Yolumda” türk musiqili komediya filminin nümayişi keçirilib.
Şou-biznes
1 Dekabr , 2022 12:54
Jurnalistlər “CinemaPlus”da “Kendi Yolumda” türk komediyasını izləyiblər

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinema Distribution” kompaniyasının dəstəyi ilə media nümayəndələri üçün “Kendi Yolumda” türk musiqili komediya filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, Ömer Faruk Sorakın rejissorluğunu etdiyi filmdə baş rollarda müğənni Gökhan Özoğuz, aktrisa Gökçe Bahadır və Ferit Aktuğ çəkilib.

Filmin məzmununa gəlincə, Gökhan Özoğuz Adanada getdiyi təmir sexində ustanın şagirdi Ömər Əli ilə tanış olur. Ömər Əlinin ona dinlətdirdiyi mahnını bəyənir və ona bu işi atmamasını deyir. Zalım atası ilə işləyən gənc mexanik Gökhandan “Mənim kimi ailədə, mənim kimi təmirxanada doğulsaydın, Athena Gökhan olardın?” deyə soruşur. Gökhan bu sualdan təsirlənir və maşının təmirini gözləyərkən yuxuya gedir. Komediya və dram janrını birləşdirən film Gökhanın özünü Adananın çətin məhəllələrində böyüyən bir mexanikin şagirdi kimi gördüyü yuxu ilə davam edir.

Son xəbərlər

Orphus sistemi