Hollivud ulduzuna alın-gicgah demensiyası diaqnozu qoyulub

Hollivud ulduzuna alın-gicgah demensiyası diaqnozu qoyulub Hollivud aktyoru Brüs Villisə alın-gicgah demensiyası (AGD) diaqnozu qoyulub.
Şou-biznes
17 Fevral , 2023 08:25
Hollivud ulduzuna alın-gicgah demensiyası diaqnozu qoyulub

Hollivud aktyoru Brüs Villisə alın-gicgah demensiyası (AGD) diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə sənətçinin ailəsinin bu xəstəlikdən əziyyət çəkənlərə yardım edən assosiasiyanın saytında dərc olunmuş bəyanatında deyilib.

Bildirilib ki, ötən ilin yazında 67 yaşlı Villisə nitq pozğunluğuna səbəb olan afaziya diaqnozu qoyulsa da, xəstəlik irəliləyib və indi diaqnozu dəqiqləşdirmək mümkün olub.

Onların bəyanatında həmçinin qeyd olunub ki, AGD 60 yaşdan yuxarı insanlar arasında ən çox rast gəlinən demensiya növüdür.

AGD-nin ilk simptomları adətən 60 yaşından öncə görünür və özündə ciddi nitq problemləri, davranış dəyişiklikləri və hərəkətsizlik ehtiva edir. Villis ailəsi hazırda xəstəliyin müalicəsinin olmadığını qeyd edib, lakin yaxın illərdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb:

Brüs Villis 150-yə yaxın film və serialda rol alıb. Ən məşhur işləri arasında “Yenilməz” film seriyasındakı, “Bayağı qiraət”, “12 meymun”, “Beşinci element”, “Altıncı hiss” və “Yüksələn ay krallığı” filmlərindəki rolları var. Onun iştirakı ilə sonuncu film olan “Detektiv Nayt: Müstəqillik” bu ilin yanvarında ekranlara çıxıb, filmin çəkilişləri bir il əvvəl başa çatıb.

Alman köklərə malik amerikalı aktyor beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay işığı” serialındakı roluna görə bu premiyaya layiq görülüb. O həmçinin iki dəfə qazandığı “Emmi” mükafatına üç dəfə namizəd olub.

Son xəbərlər

Orphus sistemi