Bakı. 24 fevral. REPORT.AZ/ Aprelin 1-də Heydər Əliyev Sarayında şən və hazırcavablar arasında Azərbaycan KVN Liqasının dördüncü mövsümün açılışı olacaq.
"Report" Azərbaycan şən və hazırcavablar klubunun (KVN) mətbuat xidmətinə istinadən xəbər verir ki, səhnədə Azərbaycan, Rusiya, Qazaxıstanın komandaları çıxış edəcək və onları növbəti dəfə televiziya ulduzları münsif olaraq qiymətləndirəcək. Gecənin aparıcısı Yüksək Liqa-2016-nın çempionu - "Asiya MİX" komandasının kapitanı Eldiyar Kenensarov olacaq.
Konsertin əsas iştirakçısı qismində hazırda Yüksək Liqada birinci mövsümünə hazırlaşan "Bakı yığması" (Sbornaya Baku) komandası olacaq.
Xatırladaq ki, 24 illik aradan sonra Azərbaycan komandası yenidən böyük KVN elitasına düşməyə və Rusiyanın Birinci kanalında efirə çıxmağa nail olub.