Fanat Hindistan kino ulduzu ilə görüşdən sonra yaranmış izdihamda ölüb

Fanat Hindistan kino ulduzu ilə görüşdən sonra yaranmış izdihamda ölüb Şahrux Xan "Zəngin" filminin təqdimat turu çərçivəsində Qucarat ştatına səfər edib
Şou-biznes
24 Yanvar , 2017 12:57
Fanat Hindistan kino ulduzu ilə görüşdən sonra yaranmış izdihamda ölüb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bollivud kralı" adlandırılan Hindistan kinosunun ulduzu Şahrux Xan ilə görüş zamanı yaranmış izdihamda bir adam ölüb.

Bu barədə "Report" "Lenta.ru" portalına istinadən xəbər verir.

Aktyor baş rolda oynadığı "Zəngin" filminin təqdimat turu çərçivəsində Qucarat ştatında Vadodara şəhərinə səfər edib. Fanatlarla görüşdə vağzalda keçirilib. Şahrux Xan qatarla gəlib və vaqondan düşmədən, qapıda avtoqraf paylamaqla kifayətlənib.

Aktyorun olduğu qatar hərəkət edəndən sonra fanat kütləsi çıxışa tərəf istiqamətlənib. Nəticədə basırıq yaranıb və Fərid Xan Pathan adlı şəxs nəfəs çatışmazlığından boğularaq ölüb.

Aktyor mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, 51 yaşlı Şahrux Xan Bollivudun ən məşhur aktyorlarından biri hesab olunur. O, 70-dən çox filmə çəkilib.

Son xəbərlər

Orphus sistemi