"Eurovision-2017" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb
Şou-biznes
- 31 oktyabr, 2016
- 10:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.
"Report" yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə qatılacaq 43 dövlət arasında Azərbaycan da var.
Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək. Türkiyə bu il də "Eurovizion"da iştirak etməyəcək.
Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək. İsveçin Stokholm şəhərində keçirilən "Eurovison-2016"-nın qalibi "1944" mahısı ilə Ukrayna təmsilçisi Camala olub.
Son xəbərlər
13:41
Sorğu: Ukraynalıların 60 %-dən çoxu ABŞ-nin Kiyevə təzyiq göstərdiyini hesab edir
Digər ölkələr
13:34
Foto
ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib
Daxili siyasət
13:29
UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək
Futbol
13:24
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Biznes
13:23
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol
13:22
Foto
Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır
İnfrastruktur
13:13
Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq
Digər ölkələr
13:12
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyətinin artırılması birinci oxunuşda qəbul edilib
Milli Məclis
13:10
Video
Oyun vaxtı ağır zərbə alan "Tenerife"nin futbolçusu Xesus de Migel vəfat edib
Futbol