"Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək

"Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək Bunu İsrailin baş naziri öz "Twitter" səhifəsində yazıb
Şou-biznes
13 May , 2018 18:41
Eurovision-2019 mahnı müsabiqəsi Qüdsdə keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision" mahnı müsabiqəsinin gələn il Qüdsdə keçiriləcəyinə vəd verib.

“Report” xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

Baş nazir "Eurovision-2018"in İsraildən olan qalibi Netta Barazilayı təbrik edib.

"Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!", - deyə o bildirib.