"Eurovision-2017" mahnı müsabiqəsi üçün bilet satışı ertələnib

"Eurovision-2017" mahnı müsabiqəsi üçün bilet satışı ertələnib Ukrayna Antiinhisar Komitəsi rəsmi satıcı seçimi üzrə tenderin nəticələrini ləğv etməyə məcbur edib
Şou-biznes
131
8 Fevral , 2017 10:23
Eurovision-2017 mahnı müsabiqəsi üçün bilet satışı ertələnib

Bakı. 8 fevral. REPORT.AZ/ "Eurovision-2017" mahnı müsabiqəsinə bilet satışı Ukrayna Antiinhisar Komitəsinin rəsmi satıcı seçimi üzrə tenderin nəticələrini ləğvi etməsindən sonra təxirə salınıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin baş direktorunun müavini Pavel Qriçak məlumat verib.

Onun sözlərinə görə, Antiinhisar Komitəsinin "V-Ticket" şirkətinin (Concert.ua) qalib gəldiyi tenderin nəticələrini ləğv etmək qərarı digər iddiaçıların şikayətinə baxıldıqdan sonra qəbul edilib.

P.Qriçak əlavə edib ki, məsələnin tezliklə həllini tapacağına və biletlərin fevral ayında satışa çıxarılacağına ümidvardır.

Qeyd edək ki, "Eurovision-2017" müsabiqəsi bu il 9, 11, 13 may tarixlərində Kiyevdə keçiriləcək.

Azərbaycanı müsabiqədə Diana Hacıyeva təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi