Azərbaycanlı prodüsser və müğənni Ukrayna musiqi dünyasına yeni layihə ilə səs salıb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna musiqi və şou biznes dünyasında səs salan Lana Tiqrana ləqəbli müğənni-rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında “Dəli olma” adlı yeni sinqalının təqdimatı baş tutub. Layihənin direktoru və prodüsseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüsser İdris Cəfərovdur.
Belə ki, bir çox hallarda ABŞ-da yaşayan erməni əsilli müğənni Şer ilə müqayisə olunan Lana Tiqrana müğənni olmaqla yanaşı Ukraynada şərq rəqslərinin öyrədicisidir və bu populyarıqla yaşadığı ölkədə artıq ona bənzədilən erməni müğənninin reytinqini geridə qoyub. O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasınınqalibi də olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana “Şərq” və “Şəfəq” adlı daha iki klipini da yayımlayıb. Bundan başqa bəstəkar kimi “Azərbaycan” adlı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib.
Lana Tiqrana bildirib ki, klipin sözlərini və musiqisini özü yazıb: “Mən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları yaxın və uzaq şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Ukraynadakı Şərq Mədəniyyət Mərkəzimizdə şərq rəqsləri, şərq geyimləri, orinetal şou və sair daxildir. Mərkəzimiz tərəfindən böyük medyanı əhatə edəcək konsert də nəzərdə tuturuq”.
O qeyd edib ki, bu layihə son deyil və qarşıdan yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub və bu istiqamətdə işlərini məhz azərbaycanlı tanınmış prodüsser İdris Cəfərov ilə birgə planşlaşdırıb.
İ.Cəfərov bildirib ki, Lananın bu fəaliyyəti Azərbaycan və dünya azərbaycanlılar qürurvericidir: “Mən 2014-cü ildə Ukraynada yaşayıram. Bu günə qədər bir çox layihələrim olub. Azərbaycan musiqisində iz qoymuş şəxslərlə, Rumıniyanın məşhur musiqi qrupu ilə çalışmışam. Lanaya gəldikdə onun etnik mənşəcə azərbaycanlı olması, fitri istedada malik olması diqqətimi çəkdi və onunla birgə işləməyə qərar verdim. Bugünkü klipin də tanıtımı, davamı mən tərəfdən həyata keçiriləcək. Bundan başqa da layihələrimiz çoxdur. Xüsusilə də Avropada... Mən Rumıniyada musiqi layihələri həyata keçirirəm. Növbəti ildə maraqlı layihələrimiz olacaq”.
Qeyd edək ki, təqdimatda Ukraynanın bir çox tanınmış simaları və təşkilatçıların yaxınları da iştirak edib. Yeni təqdim olunan klip artıq Ukrayna ictimaiyyətində, o cümlədən şou-biznes aləmində ciddi maraq oyadıb.