Bakı. 25 noyabr. REPORT.AZ/ Məşhur müğənni və musiqiçi Emin yubiley konsertinə hazırlaşır.
"Report"un xəbərinə görə, bununla bağlı müğənninin rəsmi facebook səhifəsi məlumat yayıb.
Dekabrın 4-də "Baku Crystal Hall"da keçiriləcək konsertdə Eminlə yanaşı, onun duet ortaqları və dəvət etdiyi qonaqlar da çıxış edəcək.
Eminin hər bir konsertini Avropa səviyyəli şou müşayiət edir: dekorasiya, işıqlandırma, xarici ulduzlarla müqayisə olunan rəqqaslar. Öz yubiley konsertində musiqiçi tamaşaçıları parlaq şou və yeni mahnılarla təəccübləndirəcək. Qonaqlar və iştirakçılar arasında Stas Mixaylov, Qriqoriy Leps, Svetlana Loboda, İrina Dubsova, Ani Lorak və "AStudio" qrupu olacaq.
Hazırda Emin müğənni Ani Lorakla konsertin məşqlərini aparır.
Qeyd edək ki, konsertə biletlərin qiyməti 20-250 AZN-dir.
