Elvis Preslinin qızının ölüm səbəbi bəlli olub

Elvis Preslinin qızının ölüm səbəbi bəlli olub Bariatrik cərrahiyyə zamanı yaranan ağırlaşmalar müğənni Elvis Preslinin qızı Liza Mari Preslinin ölümünə səbəb olub.
Şou-biznes
14 İyul , 2023 08:12
Elvis Preslinin qızının ölüm səbəbi bəlli olub

Bariatrik cərrahiyyə zamanı yaranan ağırlaşmalar müğənni Elvis Preslinin qızı Liza Mari Preslinin ölümünə səbəb olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu, Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertizasının nəticəsində öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, Mari Preslinin ölümünə bir neçə il əvvəl arıqlamaq üçün keçirdiyi əməliyyat nəticəsində nazik bağırsağın tutulması vəsilə olub. Bir müddət sonra onun fəsadları yaranıb və müğənni mədəsində ağrılardan şikayətlənib.

Liza Mari Presli 2023-cü ilin yanvarında 54 yaşında vəfat edib. Onun ürək tutmasından sonra xəstəxanaya yerləşdirildiyi məlum olsa da, tibb işçilərinin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi