Dünyaca məşhur müğənni mühakimə oluna bilər

Dünyaca məşhur müğənni mühakimə oluna bilər Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma halına görə tezliklə müttəhimlər kürsüsündə əyləşə bilər.
Şou-biznes
29 İyul , 2021 01:00
Dünyaca məşhur müğənni mühakimə oluna bilər

Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma halına görə tezliklə müttəhimlər kürsüsündə əyləşə bilər.

“Report” xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Üç il davam edən araşdırmadan sonra hakim, müğənninin vergidən yayınma səbəbi ilə mühakimə olunmasına kifayət qədər sübutun olduğu qənaətinə gəlib. Prokurorluq Şakiranı altı vergi cinayətində günahkar bilir. Əgər iddialar öz təsdiqini taparsa müğənni həbs də edilə bilər.

İspaniya qanunlarına görə, bir insan ölkədə altı aydan çox yaşayırsa, avtomatik olaraq Pireneya krallığının vergi ödəciyisi olur. Bu o deməkdir ki, xaricdə əldə edilənlər də daxil olmaqla bütün gəlirlərdən vergi ödəməlidir. Şakirə isə 2011-ci ildən İspaniyada yaşayır.

Qeyd edək ki, 2019-cu ildə İspaniyanın Barselona şəhər prokurorluğu vergi ödəməkdən boyun qaçırdığı üçün müğənni Şakiraya qarşı məhkəmə iddiası qaldırmışdı. Müəyyən edilmişdi ki, o, 2012-2014-cü illər ərzində İspaniyada ümumilikdə üzərinə düşən 14,5 milyon avro məbləğində gəlir və əmlak vergisini ödəməyib.

Son xəbərlər

Orphus sistemi