“CineMastercard”da “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlanılıb

“CineMastercard”da “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlanılıb “CineMastercard” kinoteatrlar şəbəkəsində “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlayıb.
Şou-biznes
17 mart 2025 15:57
“CineMastercard”da “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlanılıb

“CineMastercard” kinoteatrlar şəbəkəsində “Rafadan Tayfa: Kapadokya” türk cizgi filminin nümayişinə başlayıb.

"Report" xəbər verir ki, İsmail Fidanın rejissoru olduğu ekran işində baş rolları Levent Kol, Hakan Coşar və Yağmur Sergen səsləndiriblər.

Cizgi filminin məzmununa gəlincə, Rafadan Tayfa üzüm məhsulu festivalı üçün Kappadokiyaya gedir. Yerli ləzzətlərin və sənət əsərlərinin kifayət qədər zəngin olduğu bu festivalda “Kappadokiya Tapmaca Ovu” tədbiri heyətin diqqətini həqiqətən cəlb edir.

İştirakçılar Kappadokiyanın müxtəlif yerlərində gizlənmiş ipucularını axtarmalı, tapdıqları tapmacaları həll etməli və son hədəfi tapmalıdırlar.

Tapmaca Ovu macərası başlayanda Xeyrinin yolu sirli saxsı qab axtaran agentlərlə kəsişir. Agentlərdən əvvəl Xeyrinin əlinə düşən saxsı qab onu agentlərin hədəfinə çevirir.

Tayfa agentlərin Kappadokiyada olduğuna və bu saxsı qabı axtardığına tam inanmır. Ancaq tapmaca ovu davam etdikcə, aşkar edilən yerlərlə saxsı qab arasında bir əlaqənin olduğu meydana çıxır. Adi görünən bu saxsı qab əslində Feniksin külünü saxlayır.

Orphus sistemi