CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib

CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib “28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Joker: İki nəfərlik dəlilik” Amerika musiqili-psixoloji trillerinin premyeradan öncə nümayişi keçirilib.
Şou-biznes
4 Oktyabr , 2024 15:46
CineMastercard-da “Joker: İki nəfərlik dəlilik” filminin premyeradan öncə nümayişi keçirilib

“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında “Joker: İki nəfərlik dəlilik” Amerika musiqili-psixoloji trillerinin premyeradan öncə nümayişi keçirilib.

"Report" xəbər verir ki, nümayişdən əvvəl baş tutan tədbirdə “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və “CineMastercard” kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.

Zaur Darabzadə qeyd edib ki, “Joker 2” filmi dünya premyerasından 2 gün öncə “CineMastercard” kinoteatrında unikal ScreenX formatında təqdim olunur: "Azərbaycanda ilk dəfə tətbiq edilən ScreenX texnologiyası 270 dərəcə baxışa malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatrın zalında beş proyektor və iki əlavə yan ekran var. Film boyu əsas səhnələr mərkəz ekranda nümayiş etdirilir, 50-60 dəqiqə müddətində isə yan ekranlar kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir. Bu format yalnız “28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yerləşir”.

Həmçinin xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilində Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hillside” premium şərabları və Red Bull dəstək göstəriblər.

Film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Joker: İki nəfərlik dəlilik” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

Məlumat üçün bildirək ki, filmdə Joker və Harli Kvin əsas rollarını amerikalı aktyor, Oskar mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıblar. Filmdə həmçinin Zazi Bitz, Brendan Qlison, Cetrin Kiner, Ceykob Loflend və Qarri Louti də çəkilib. Rejissor isə Todd Fillipsdir. Premyera Venesiya Film Festivalında baş tutub.

Filmin məzmununa gəlincə, Joker-ə çevrilib televiziyada canlı yayımda Mürrey Franklini öldürdükdən sonra Artur Flek Arkham psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor Harlin Kvinzel ilə tanış olur. Onlar tezliklə bir-birlərinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.

Son xəbərlər

Orphus sistemi