“CinemaPlus” “Uber” şirkəti ilə əməkdaşlığa başlayıb

“CinemaPlus” “Uber” şirkəti ilə əməkdaşlığa başlayıb Bunun üçün sadəcə “Uber” mobil əlavəsini yükləyib, xüsusi promo kod daxil etmək lazımdır
Şou-biznes
106
20 İyun , 2016 17:37
“CinemaPlus” “Uber” şirkəti ilə əməkdaşlığa başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Premium kinoteatrı “CinemaPlus” “Uber” şirkəti ilə əməkdaşlığa başlayıb.

“Report” xəbər verir ki, "28 Mall" Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında kino izləmək istəyən tamaşaçılar “Uber” şəxsi sürücü xidmətindən pulsuz istifadə edə bilərlər. Bunun üçün sadəcə “Uber” mobil əlavəsini yükləyib, xüsusi promo kod daxil etmək lazımdır. Bu aksiyanın köməyi ilə kinosevərlər artıq hər hansı sıxlıq, tıxac və ödənişli dayanacaq barədə düşünməyəcək və istədikləri vaxt “CinemaPlus” 28 Mall kinoteatrına gedib, sevdikləri filmləri izləyə biləcəklər.

Ətraflı məlumat üçün 119 və ya 050 264-55-55 nömrəsinə zəng etmək olar.

Qeyd edək ki, kinoteatr Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyəyt göstərir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrı açılıb. Kinoteatr Nizami küçəsi 8 ünvanında “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi