“CinemaPlus” kinoteatrlar şəbəkəsində sabahdan etibarən Marvel Studiyasının ekranlaşdırdığı Amerika superqəhrəman- “Tor: Sevgi və İldırım” filminin nümayişinə başlanılır.
"Report" xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Tayka Vaytitidir.
Ekran işində Tor rolunu Kris Hemsvort oynayır. Rollarda həmçinin beş Oskar laureatı Kristian Beyl, Mett Deymon, Natali Portman, Tayka Vaytiti və Rassel Krou çəkilib.
“Tor: Sevgi və İldırım” yeni qadın ildırım tanrısının ortaya çıxmasından bəhs edəcək. Natali Portman Torun keçmiş sevgilisi kimi qayıdacaq və onun qadın versiyası olacaq. Filmdə tamaşaçıya artıq tanış olan personajlar görünəcək.
Ekranda pərəstişkarlar Ulduzlu Lord, Valkyriya, Draks, Grandmaster və digər personajları görəcəklər. Qəhrəmanlar birlikdə tanrı qatilinin qisasının sirrini açıb və çox gec olmadan onu dayandırmaq üçün qorxulu kosmik macəraya başlayırlar.
“Tor 4” Marvel kino kainatının yeni mərhələsinə qədəm qoyacaq.
Qeyd edək ki, film 3 dildə rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Tor: Sevgi və İldırım” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.