“CinemaPlus”da “Super Alibi” komediya filmi Azərbaycan dilinə dublyaj olunub - VİDEO

“CinemaPlus”da “Super Alibi” komediya filmi Azərbaycan dilinə dublyaj olunub - VİDEO Fransız komediyası “Cinemazadeh” studiyasının sayca 8-ci dublyaj filmidir
Şou-biznes
2636
22 Aprel , 2017 13:21
“CinemaPlus”da “Super Alibi” komediya filmi Azərbaycan dilinə dublyaj olunub - VİDEO

Bakı. 22 aprel. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” ilk dəfə 18+ reytinqli “Super Alibi” filmini Azərbaycan dilinə dublyaj edərək nümayişlərə başlayıb.

“Report” xəbər verir ki, film bu il “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın direktoru Cəfər Axundzadə, prodüseri Tural Əsədov, baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, masterinqi Azad Vəliyev, səs rejissoru Orxan Həsənli, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn supervayzeri Vüqar İslamzadədir.

Filmi əməkdar artist Sənubər İsgəndərli, aktrisa Oksana Rəsulova, aparıcı Günel Hümbətova və Vüsal Xalıqoğlu, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli kimi peşəkar aktyorlarla yanaşı, 15-dən çox aktyor və aktrisalar səsləndirib.

Qeyd edək ki, fransız komediyası “Cinemazadeh” studiyasının sayca 8-ci dublyaj filmidir.

Komediya filminin rejissoru Filipp Laşodur. Filmdə rolları Filipp Laşo, Elodi Fontan, Julyen Arruti və Tarek Budali kimi aktyorlar oynayıb.

Həyat yoldaşından gizlin dostlarla birgə futbolda sakit istirahət etmək üçün günahsızlıq lazımdır? Məktəbdə bəhanə lazımdır? Müraciət edin! Bazar günlərində ailənizdən ayrı istirahət etməyi qərarlaşdırmısınız? Biz əlaqədəyik! Qreqin və onun dostlarının bu startapı artıq möhtəşəm uğur əldə edib...

Lakin o, xəyallarındakı qızı hansı ki, bütün xəyanətkarlara və yalançılara nifrət edən Flo ilə rastlaşdıqdan sonra öz fəaliyyət sahəsini gizlətməyə məcbur olur. Qreqin yalan toru o qədər çətinləşir ki, dünyanın ən yaxşı yalan danışanı olduğu halda vəziyyətdən çıxmaq üçün xeyli fürsət tapmalıdır....

Son xəbərlər

Orphus sistemi