“CinemaPlus”da “Rafadan Tayfa Qalaktik Tayfa” türk cizgi filmi nümayiş olunacaq

“CinemaPlus”da “Rafadan Tayfa Qalaktik Tayfa” türk cizgi filmi nümayiş olunacaq CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən “Rafadan Tayfa Qalaktik Tayfa” üçüncü türk cizgi filminin nümayişi başlayır.
Şou-biznes
5 Yanvar , 2023 15:24
“CinemaPlus”da “Rafadan Tayfa Qalaktik Tayfa” türk cizgi filmi nümayiş olunacaq

CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən “Rafadan Tayfa Qalaktik Tayfa” üçüncü türk cizgi filminin nümayişi başlayır.

Bu barədə "Report"a kinoteatrdan məlumat verilib.

Bildirilib ki, cizgi filminin rejissoru İsmail Fidandır.

Baş rolları aktyorlar Levent Kol, Emine Sergen, Yagmur Sergen və Şirin Giobbi səsləndiriblər.

Film haqqında qısa məlumat: Astronomiya dərnəyinin ən parlaq üzvlərindən biri olan Akın orbitimizə yaxınlaşan kosmik gəmini kəşf edir və bir anda dünyanın gündəminə düşür. Kosmik gəmilə bağlı bir çox xəbərlər dərc edilərkən, çoxsaylı nəzəriyyələr irəli sürülərkən, kəşfin edilməsində kiçik rolu olan Hayri də bir az şöhrət qazanır. Hayrinin qəzetlərdə dərc olunan fotoşəkilləri gözlənilməz bir nəfərin diqqətini çəkir- gəminin əsl sahibinin, yəni yadplanetlinin... Bu sirli, lakin sevimli yadplanetli Hayrini tapıb, ona kömək etməyə razı salmalıdır. O, öz yeni dostunu tapmaq üçün yola düşərkən, niyyətləri yaxşı olmayan bir qrup insan tərəfindən izlənildiyindən xəbərsizdir.

Son xəbərlər

Orphus sistemi