CinemaPlus-da "Qisasçılar: Final" filmi nümayiş etdirilib - VİDEO

CinemaPlus-da "Qisasçılar: Final" filmi nümayiş etdirilib - VİDEO “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında səbirsizliklə gözlənilən “Marvel” kinoşirkətinin “Qisasçılar: Final” filmi nümayiş etdirilib.
Şou-biznes
30 Aprel , 2019 14:29
CinemaPlus-da Qisasçılar: Final filmi nümayiş etdirilib - VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında səbirsizliklə gözlənilən “Marvel” kinoşirkətinin “Qisasçılar: Final” filmi nümayiş etdirilib.  

"Report" xəbər verir ki, təqdimatda iştirak edən qonaqlar arasında aktyorlar Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbrahimzadə, ifaçılar Malik Kələntərli, Nura Suri, Səidə Sultan, yazıçı Nərminə Məmmədzadə və xalq artisti Faiq Ağayev olub.

Ekran əsərinin rejissorları Co Russo və Entoni Russodur.

Baş rollarda Robert Dauni-kiçik, Kris Evans, Mark Rufallo, Kris Hemsvort, Skartlett Yohansson, Ceremi Renner, Don Cild, Pol Radd, Bri Larson, Karen Gillan, Danay Qurira, Bredli Kuper və Coş Brolin yer alıb.

Kinonun sujet xəttinə görə, qisasçılar komandasının sağ qalan üzvləri və onların tərəfdaşları qüdrətli Tanos titanının dağıdıcı fəaliyyətini dayandırmağa kömək edəcək yeni plan hazırlamalıdırlar. Tarixin ən böyük miqyaslı və faciəli döyüşündən sonra onlar səhv edə bilməzlər.

Tədbirin təşkilində Red Bull, Carlsberg Azerbaijan pivə istehsalı zavodu, İdeal Perfumery və Paco Rabbane kosmetikası dəstək göstəriblər. 

Son xəbərlər

Orphus sistemi