CinemaPlus-da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb

CinemaPlus-da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən etibarən Marvel Studiyasının istehsalı olan Amerika superqəhrəman filmi – “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişinə başlayır.
Şou-biznes
10 Noyabr , 2022 16:40
CinemaPlus-da “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişi başlayıb

CinemaPlus” kinoteatrlar şəbəkəsi bu gündən etibarən Marvel Studiyasının istehsalı olan Amerika superqəhrəman filmi – “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişinə başlayır.

"Report" xəbər verir ki, Rayan Kuqlerin rejissorluq və ssenari müəlifi olduğu filmin baş rollarında Letişia Rayt, Martin Friman və Tenoç Uerta çəkilib.

“Black Panther: Vakanda Əbədi” gizli şəkildə inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı-Vakandanın həyatından bəhs edən ikinci Marvel Komiks filmidir.

Filmin məzmununa gəlincə, Kral T'Challa'nın ölümündən sonra Kraliça Ramonda, Şuri, M'Baku, Okoye və Dora Milaj Vakandanı dünya güclərindən qorumaq üçün mübarizə aparırlar. Filmdə ilk dəfə Dominic Tornun canlandırdığı Riri Uilliams obrazı ortaya çıxacaq.

Film 3 dildə - rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin, "Qara Pantera: Vakanda Əbədi" filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

Son xəbərlər

Orphus sistemi