CinemaPlus-da pulsuz parkinq

CinemaPlus-da pulsuz parkinq 28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında saat 22:00-dan sonra başlayan filmə bilet alan tamaşaçılar pulsuz parkinqdən istifadə edə bilərlər.
Şou-biznes
14 İyul , 2022 15:52
CinemaPlus-da pulsuz parkinq

28 Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında saat 22:00-dan sonra başlayan filmə bilet alan tamaşaçılar pulsuz parkinqdən istifadə edə bilərlər.

"Report" xəbər verir ki, bunun üçün kinoteatrın kassasından bilet almaq, onu nümayişin sonuna qədər saxlamaq və çıxışda dayanacaqda olan Ticarət Mərkəzinin əməkdaşına təqdim etmək lazımdır.

Xatırladaq ki, “CinemaPlus 28 Mall” kinoteatrı “28Mall” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Kinoteatr 6 zaldan 885 oturacaq yerindən ibarətdir. “Platinum Movie Suites” zalı isə kinoteatrdan unudulmaz təəssürat yaradacaq. Bu premium-zalın konsepsiyası tamaşaçılara yüksək komfortlu və arxaya açılan, dəridən dəbdəbəli italyan kreslolarında, kinoseans zamanı yemək və içki sifariş etmək imkanı təklif edir.

Son xəbərlər

Orphus sistemi