CinemaPlus-da Murat Göğebakanın həyatından bəhs edən filmin nümayişi başlayır

CinemaPlus-da Murat Göğebakanın həyatından bəhs edən filmin nümayişi başlayır “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 7-dən eksklüziv olaraq Türkiyənin məşhur rok musiqiçisi Murat Göğebakandan bəhs edən “Murat Göğebakan: Kalbim yaralı” bioqrafik dramının nümayişi başlayır.
Şou-biznes
7 Dekabr , 2023 13:21
CinemaPlus-da Murat Göğebakanın həyatından bəhs edən filmin nümayişi başlayır

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 7-dən eksklüziv olaraq Türkiyənin məşhur rok musiqiçisi Murat Göğebakandan bəhs edən “Murat Göğebakan: Kalbim yaralı” bioqrafik dramının nümayişi başlayır.

"Report" xəbər verir ki, filmin rejissoru Ali Akyıldızdır.

Baş rolu heyrətamiz vokal qabiliyyəti olan Burak Sevinç ifa edir.

Qeyd edək ki, Murat Göğebakan 1968-ci ildə Adanada anadan olub və doğulandan sağ ayağından fiziki qüsurlu olub. Bu fiziki çətinlik onu özündən, musiqi sevgisindən uzaqlaşdırıb. 7 yaşlı qardaşının ölümündən sonra ailə bu faciəyə görə Muratı günahkar hesab edib. Vicdanı onu çox əzablandırdığı üçün musiqidən getdikcə uzaqlaşmağa başlayıb. Yalnız yaxın qohumu Senem onun tərəfində olub və bu müddət ərzində ona dəstək olub. Sonradan dostluq romantik münasibətə çevrilib və onlar evləniblər.

M.Göğebakan musiqi təhsilini başa vurduqdan sonra barlarda mahnı oxumaqla, müəllimlik etməklə pul qazanmağa başlayıb. İstanbula gedib, amma il zamanlarda uğuru əldə edə bilməyib. Orada ikinci həyat yoldaşı olacaq Səlma ilə tanış olub.

İfaçı musiqi karyerası ərzində bir çox mükafatlar alıb, çoxlu konsertlər verib, albomlar yazıb. 40 yaşında ona leykoz diaqnozu qoyulsa da, müalicə nəticəsində xərçəngə qalib gəlib:

"Xərçəngə qalib gəldim, amma xəyanətə qalib gələ bilmədim!".

Müalicə zamanı həyat yoldaşı Səlmanın ona xəyanət etdiyini öyrənən musiqiçi belə ağır həyat şəraitində ikinci dəfə xərçəng xəstəliyinə tutulub və 45 yaşında dünyasını dəyişib. O, özündən sonra milyonlarla pərəstişkarlarına yüzlərlə mahnı və albomlar qoyub. Gögebakanın pərəstişkarları ona "Sevgi Adamı" ləqəbi veriblər.

Son xəbərlər

Orphus sistemi