Fevralın 15-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Lohusa” türk komediyasının nümayişi başlayır.
"Report" xəbər verir ki, Kıvanç Baruönünün rejissoru olduğu filmdə baş rolları Gupse Özay, Onur Gürçay və Hazal Türesan canlandırıb.
Filmin məzmununa gəlincə, Gupse Özay balaca övladı ilə yeni həyata uyğunlaşmağa çalışan gənc ana rolunu oynayır.
Belə ki, Burcu və Onur uşaq sahibi olacaqları günü həyəcanla gözləyən evli cütlükdür. Hamiləliyi boyunca doğuşdan sonra onu gözləyən həyatla bağlı deyilənlərə əhəmiyyət verməyən Burcu doğum sonrası depressiyaya düşməyəcəyinə əmindir. Ancaq doğuşdan sonra körpəsinə tək baxması, yuxusuz qalması, hormonlarının dəyişməsi onun tamam başqa reallıqlarla üzləşməsinə və gülməli hadisələrlə qarşılaşmasına səbəb olur.