CinemaPlus-da kult Matrix filmi nümayiş olunur

CinemaPlus-da kult Matrix filmi nümayiş olunur “CinemaPlus” kinoteatrlar şəbəkəsində Kianu Rivz və Kerri-Ann Mossun iştirakı ilə “Matrix: Dirilmə” adlı Amerika elmi-fantastik filmi nümayiş etdirilir.
Şou-biznes
17 Dekabr , 2021 16:20
CinemaPlus-da kult Matrix filmi nümayiş olunur

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Kianu Rivz və Kerri-Ann Mossun iştirakı ilə “Matrix: Dirilmə” adlı Amerika elmi-fantastik filmi nümayiş etdirilir.

"Report" xəbər verir ki, filmdə həmçinin Yahya Abdul-Matin II, Cessika Henvik, Conatan Qroff və Nil Patrik Harris də çəkiliblər.

Film kiberpank janrında yaradılmış kult media franşizasının dördüncü hissəsidir.

Rejissor Lana Vaçovskidir. “Lana Vaçovski gözəl ssenari və möhtəşəm hekayə yazdı, hansılar ki, mənim diqqətimi dərhal cəlb etdi. Layihəni qəbul etməyimin yeganə səbəbi budur. Lana ilə yenidən işləmək fürsətinin olması heyrətamizdir. Düşünürəm ki, bu hekayədə mənalı bir şey var və o, biri çox düşündürəcək."dedi Kianu Rivz.

Film, insan irqından enerji mənbəyi kimi istifadə edən və böyüyən zaman insanların zehnini əsl illüziyalarla dolduran məkrli süni intellektin qarşısını almağı bacaran Neo adlı seçilmiş birinin hekayəsini davam etdirir.

Son xəbərlər

Orphus sistemi