“CinemaPlus”da “Korku Komedi: Bana Normal Aktiviteler” filminin nümayişi olub - VİDEO

“CinemaPlus”da “Korku Komedi: Bana Normal Aktiviteler” filminin nümayişi olub - VİDEO Filmə 16 yaşına çatmayan şəxslərin baxması tövsiyə olunmur
Şou-biznes
10 Sentyabr , 2016 09:30
“CinemaPlus”da “Korku Komedi: Bana Normal Aktiviteler” filminin nümayişi olub - VİDEO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” 28 Mall" qorxu və komediya janrında çəkilən “Korku Komedi: Bana Normal Aktiviteler” türk filmi ilə tamaşaçıları sevindirib. 

“Report”un məlumatına görə, Özgür Bakarın rejissoru olduğu filmdə baş rolları Ufuk Şen, Süleyman Kabaali və Bengi İdil Uras oynayıb.

Filmin mövzusu belədir ki, Talip və Yaşar iş həyatında uğursuz olan iki qardaşdır. Qardaşlar aldıqları pulları lazımsız işlərdə batırırlar. İşlədiyi film mərkəzindən qovulan Çiğdem iki qardaşa maraqlı bir təkliflə yaxınlaşır. Yaşara özünü rejissor kimi tanıdan və iki qardaşı qorxu filmləri bazarında çoxlu pul olduğuna inandırmağa çalışan Çiğdem son dəfə qardaşlardan pul alaraq qorxu filmi işinə daxil olmalarına nail olur. Lakin çəkiliş aparılan məkanda həqiqətən paranormal hadisələrin baş verməsi qorxu filmi çəkib varlanmaq xəyalı ilə yaşayan bu ikili üçün dəhşətli və gülməli bir macəraya çevrilir.

Qeyd edək ki, filmə 16 yaşına çatmayan şəxslərin baxması tövsiyə olunmur.

Daha ətraflı məlumat almaq məqsədilə İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin. 

Son xəbərlər

Orphus sistemi