“CinemaPlus”da jurnalistlər üçün 4DX texnologiyasının təqdimatı olub

“CinemaPlus”da jurnalistlər üçün 4DX texnologiyasının təqdimatı olub “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında media üçün ən son 4DX texnologiyası ilə “Hörümçək adam: Geriyə yol yoxdur” filminin nümayişi keçirilib.
Şou-biznes
23 Dekabr , 2021 12:52
“CinemaPlus”da jurnalistlər üçün 4DX texnologiyasının təqdimatı olub

“Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında media üçün ən son 4DX texnologiyası ilə “Hörümçək adam: Geriyə yol yoxdur” filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, 4DX texnologiyası ən yaxşı Hollivud filmlərinə baxmaq üçün yeni formatdır.

Xarici effektlər zaldakı bütün tamaşaçılar üçün eyni təcrübəni təmin edir ki, bu da filmi tam hiss etmək imkanını artırır. Personajların hərəkətləri çox təsirli idi. Əvvəlcə kreslolar yan-yana hərəkət edirdi və qəhrəmanlar yerə yıxılanda tamaşaçılar böyürdən təkan hiss edirdilər. Format əsl uçuş hissini çatdırırdı.

Güclü hava axını, qoxular, kresloya quraşdırılmış dinamiklər, üzə yönəldilmiş hava dalğaları, vibrasiya və ya sıçrayan su kimi əlavə effektlər filmə dalma təcrübəsini daha da dərinləşdirir.

Jurnalistlər bu qərara qəldilər ki, 4DX formatında olan filmlər digərlərdən fərqlənir.

Rejissorluğu Con Uottsun etdiyi ekran işində baş rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo çəkilib.

Filmin məzmununa gəlincə, ekran işində ilk dəfə dost qəhrəmanımız ifşa edildi. İndi super qəhrəmanlıqlar onun adi həyatından ayrılmaz hala gəldi. Doktor Strencdən kömək istədikdə isə vəziyyət yalnız gərginləşir. Piter Parker Hörümçək Adam olmağın əslində nə olduğunu anlamağa başlayır.

Son xəbərlər

Orphus sistemi