CinemaPlus-da “Gələrsən-Görərsən” filminin qalası keçirilib - VİDEO

CinemaPlus-da “Gələrsən-Görərsən” filminin qalası keçirilib - VİDEO “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Gələrsən-Görərsən” filminin qala gecəsi keçirilib.
Şou-biznes
31 Yanvar , 2020 16:15
CinemaPlus-da “Gələrsən-Görərsən” filminin qalası keçirilib - VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Gələrsən-Görərsən” filminin qala gecəsi keçirilib.

"Report" xəbər verir ki, filmin baş prodüseri və rejissoru Vüsalə Cəfərova, ssenari müəlliflərləri Fariz Əliyev və İlkin İmanovdur.

Baş rollarda Nürəddin Mehdixanlı, Növrəstə Həşimova, Vüsalə Cəfərova, Müşviq Şahverdiyev, Elşən Hacıbabayev, Hüseyn Əzizoğlu, Vahid Orucoğlu və Səadət Abbasova çıxış ediblər.

Filmin süjet xəttinə gəlincə, bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma 3 gün ərzində dözsə, ona əlli min manat pul verəcəyəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib gətirir. Nənə 3 gün ərzində bu qızları sınağa çəkərək başlarına oyun açır.

Film yanvarın 30-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə Cinema Distribution, “Light in Black” kreativ şirkəti, “Salam Aleykum” restoranı, “Absheron Sharab”, “Şeh Su” və “Red Bull” dəstək olublar.

Son xəbərlər

Orphus sistemi