“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Dəmir qadın: Neslican” türk bioqrafik dram filminın nümayişinə başlanılıb.
"Report" xəbər verir ki, filmin rejissoru Özgür Bakar, ssenari müəllifi isə Nalan Merter Savaşdır.
Baş rollarda Naz Çağla Irmak, Deniz Uğur, Məsut Akusta çəkilib.
Film real hadisələr əsasında çəkilib və 2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişən “Dəmir qadın” kimi tanınan Neslican Tayın həyatından, xərçəng diaqnozu qoyulandan sonra keçdiyi müalicə prosesi və bu müddət ərzində onun həyat mübarizəsindən bəhs edilir.
Xatırladaq ki, İstanbul ticarət mərkəzində Neslicanın valideynləri, qardaşı və bacısının iştirakilə filmin qala gecəsi baş tutub.