Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb

Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb Filmdə nümayiş olunan modellər kifayət qədər köhnəldiyindən onları yeni “Nokia” cihazları əvəzləyəcək
Şou-biznes
27 Yanvar , 2021 18:06
Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb

Köhnəlmiş “Nokia” smartfonları 007 nömrəli casus Ceyms Bond haqqındakı yeni filmin premyerasının üçüncü dəfə təxirə salınmasına səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Sun” film sənayesindəki mənbələrinə istinadən məlumat yayıb.

Finlandiyanın “Nokia” şirkəti 2019-cu ilin yazında nümayiş edilməli olan Ceyms Bond haqqındakı yeni filmin reklam tərəfdaşlarından biridir. “Ölmək vaxtı deyil” adlı filmdə Bondun əsas düşməni “Nokia 8.3 5G” smartfonundan istifadə etməli idi.

Amma film əvvəlcə rejissorla bağlı problemlər səbəbindən təxirə salınıb, 2020-ci ildə pandemiya səbəbindən premyerası alınmayıb, bu yaxınlarda isə premyeranın 2021-ci ilin oktyabrına təxirə salındığı elan edilib. Sonradan məlum olub ki, son təxirəsalma finlərin smartfonları ilə bağlı kadrları yenidən çəkmək istəyi ilə əlaqədardır. Belə ki, filmdə nümayiş olunan modellər kifayət qədər köhnəldiyindən onları yeni “Nokia” cihazları əvəzləyəcək.

Son xəbərlər

Orphus sistemi