23 yaşlı Çexiya sakini Kristina Pışkova Hindistanın Mumbay şəhərində keçirilmiş “Miss dünya – 2024” gözəllik yarışının qalibi olub.
“Report”
Pışkova peşəkar model kimi işləyir, habelə hüquq və biznes idarəçiliyi üzrə təhsil alır. İngilis, polyak, slovak və alman dillərində sərbəst danışır. O həmçinin təhsil vasitəsilə davamlı inkişafdan yana çıxış edən fondun yaradıcısıdır.