Bu gün "Eurovision-2016"da ikinci yarımfinal keçiriləcək

Bu gün "Eurovision-2016"da ikinci yarımfinal keçiriləcək Yarımfinal nəticəsində daha 10 finalçı müəyyənləşəcək
Şou-biznes
123
12 May , 2016 09:48
Bu gün Eurovision-2016da ikinci yarımfinal keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Stokholmda "Eurovision-2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

"Report" xəbər verir ki, yarımfinal nəticəsində daha 10 finalçı müəyyənləşəcək.

Bugünkü yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli ilk yarımfinalın nəticələri əsasında finala vəsiqə qazanıb.

Ümumiyyətlə, finalda 26 ölkə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi