Barbados quldarlıqla əlaqədar Kamberbetç ailəsindən təzminat tələb edə bilər

Barbados quldarlıqla əlaqədar Kamberbetç ailəsindən təzminat tələb edə bilər Barbados hakimiyyəti adada keçmişdə qullara sahib olan britaniyalılardan təzminat tələb edə bilər, onların arasında aktyor Benedikt Kamberbetçın ailəsi də var.
Şou-biznes
1 Yanvar , 2023 05:07
Barbados quldarlıqla əlaqədar Kamberbetç ailəsindən təzminat tələb edə bilər

Barbados hakimiyyəti adada keçmişdə qullara sahib olan britaniyalılardan təzminat tələb edə bilər, onların arasında aktyor Benedikt Kamberbetçın ailəsi də var.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" Barbados rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyorun yeddinci nəsildən olan ulu babası 1728-ci ildə adanın şimalında 250 qulla Kliland plantasiyası alıb. Britaniya yüz ildən bir qədər sonra köləliyi ləğv edənə qədər ailə ona sahib idi.

Məqalədə deyilir ki, plantasiya Kamberbetçin əcdadlarının ailəsinə kiçik sərvət qazandırıb - 1833-cü ildə Britaniya İmperiyasının əksər hissəsində köləlik ləğv edildikdən sonra o, plantasiya üçün bir neçə min funt sterlinq alıb, bu da bu gün təxminən 1 milyon funt-sterlinqə (1,2 milyon ABŞ dolları-red) bərabərdir.

Barbadosun Karib İcmasındakı səfiri və Adanın Milli Təzminat Komissiyası sədrinin müavini David Komissiong qəzetə deyib ki, proses ən erkən mərhələdədir: “Biz yenicə başlayırıq. Bu tarixin çoxu həqiqətən yeni açılmağa başlayır".

Məqalədə qeyd edilir ki, 46 yaşlı aktyorun özü də keçmişdə ailəsinin tarixinin bu səhifəsinə görə ürəkdən peşman olub. “The Daily Telegraph” qeyd edib ki, o, əcdadlarının oxşar keçmişinə görə üzrxahlığın bir hissəsi kimi Amerika-Britaniya əsili rejissor Maykl Aptedin "Heyrətləndirici lütf" “Amazing Grace" (2006) bədii dramında Böyük Britaniyanın Baş naziri kiçik Uilyam Pitt rolunu oynayıb. Film Britaniya İmperiyasının köləliyin ləğvi uğrunda apardığı mübarizəyə həsr olunub.

Son xəbərlər

Orphus sistemi