Barak Obama haqqında film çəkilir

Barak Obama haqqında film çəkilir ABŞ prezidentinin gəncliyini canlandıracaq aktyor tapılıb
Şou-biznes
2 Mart , 2016 20:11
Barak Obama haqqında film çəkilir

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama haqqında bioqrafik film çəkilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Barri" adlı bədii filmin çəkilişlərinə martın sonunda başlanacaq. Filmdə Barak Obamanın gəncliyini canlandıracaq aktyorun adı açıqlanıb. Bu Devon Terrelldir. Filmdə ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama surətini isə aktrisa Tika Stampter ifa edəcək.

"Barri" filmində Barak Obamanın tələbəlik illəri, gənclik xatirələri əks ediləcək.

Filmin rejissoru Vikram Qandidir. Yeni çəkiləcək filmin təşkilati və yaradıcılıq məsələləriylə "Black Bear Pictures и Cinetic Media" şirkəti məşğul olacaq.

Filmdə əsas rollardan birini aktrisa Parker Soyers canlandıracaq.

Qeyd edək ki, Devon Terrell ilk dəfə "12 il köləlikdə" və "Utanc" filmlərində çəkilib. 

Son xəbərlər

Orphus sistemi