Baloğlan Əşrəfov: "Səhhətim yaxşıdır"

Baloğlan Əşrəfov: "Səhhətim yaxşıdır" "Əsəbimdən bilmirəm nə edim"
Şou-biznes
561
21 İyun , 2015 16:39
Baloğlan Əşrəfov: Səhhətim yaxşıdır

Bakı. 21 iyun. REPORT.AZ/ "Mən sağ-salamatam, səhhətim qaydasındadır". Bunu "Report"a açıqlamasında Azərbaycanın əməkdar artisti, müğənni Baloğlan Əşrəfov deyib.

O, özü ilə bağlı yayılan xəbərlərdən məlumatlı olduğunu bildirib: "Hansısa jurnalist ölüm xəbərimi yayıb. Bayaqdan telefonlarım susmur. Hamıya özüm cavab verirəm ki, inansınlar. Yaxşıyam. Niyə belə xəbər yayıblar bilmirəm. Belə olmaz axı. Əsəbimdən bilmirəm nə edim. Ayıbdır. Yalan xəbərlər yazmasınlar. Məni sevənlər, sənətimə pərəstiş edən adamlar var. Bu xəbəri oxuyub pis olublar".

Qeyd edək ki, bu gün bəzi xəbər saytlarında B.Əşrəfovun ölməsi barədə xəbər yayılıb.

Son xəbərlər

Orphus sistemi