Bakıda “Tək səs, tək ürək” konserti keçirilib.
"Report" xəbər verir ki, Nizami kinoteatrında keçirilən konsert Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti və Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyi tərəfindən təşkil edilib.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iki qardaş ölkə arasında mədəni və ictimai əlaqələrin inkişafına çalışmaqdır: "Azərbaycan xalqı Şimali Kipr Türk Respublikasına qarşı hər zaman sevgiylə yanaşıb və qardaşlıq əlaqələrində möhkəmdir".
O qeyd edib ki, bu Çağdaş Musiqi Dərnəyinin ölkəmizdə keçirilən ikinci tədbiridir, daha əvvəl 2018-ci ildə belə bir tədbir təşkil olunub, bir neçə gün əvvəl isə qrup Naxçıvan Muxtar Respublikasında konsert verib.
Konsert proqramının ardınca qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
![](https://static.report.az/photo/2de7439c-ff1f-3734-8786-75d0c5a9812f_300.jpg)
![](https://static.report.az/photo/6604a637-f054-3342-9f8f-5f8266b343f8_300.jpg)