Azərbaycanlı musiqiçi Parisdə konsert verib

Azərbaycanlı musiqiçi Parisdə konsert verib Paris. 29 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisin “Monparnas Jazz” klubunda azərbaycanlı jaz ustası Etibar Əsədlinin konserti olub.
Şou-biznes
29 Sentyabr , 2018 03:58
Azərbaycanlı musiqiçi Parisdə konsert verib

Paris. 29 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisin “Monparnas Jazz” klubunda azərbaycanlı jaz ustası Etibar Əsədlinin konserti olub.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycan musiqiçisinin ifasında Fikrət Əmirovun "Lay-lay", özünün müəllifi olduğu “İsimli”, “Gecikirəm”, “Naxış” və digər əsərlər fransalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə Etibar Əsədlinin müşayiəti ilə atası, azərbaycanlı xanəndə Sahib Əsədlinin ifasında Azərbaycan muğamı gurultulu alqışlarla qarşılanıb. Muğamla yeni eksperiment edən Etibar Əsədli musiqidə bir neçə janr - muğam, dubstep, pop və repin uğurlu sintezini yaratmağa nail olub.

Son xəbərlər

Orphus sistemi