Fransada çəkilən klip Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edilib - VİDEO

Fransada çəkilən klip Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edilib - VİDEO Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib.
Şou-biznes
116
7 Aprel , 2019 16:29
Fransada çəkilən klip Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edilib - VİDEO

Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Səddam Novruzbəyov "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib. Klipdə azərbaycanlı musiqiçi fransalı həmkarlarını Azərbaycan musiqisinə məxsus milli çalarlarla müşayiət edib.

Bundan əlavə azərbaycanlı musiqiçi "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş CD albomunda yer alan 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edir.

Xatırladaq ki, Səddam Fransanın Normandiya, Paris, Lion və digər şəhər və regionlarında keçirilən konsertlərdə özünün bacarıqlı ifası ilə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir. 

Son xəbərlər

Orphus sistemi