​Azərbaycanın xalq artisti zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

​Azərbaycanın xalq artisti zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib 1 saylı Kliniki Tibbi Mərkəzdən fakt təsdiqlənib
Şou-biznes
125
12 Oktyabr , 2015 16:02
​Azərbaycanın xalq artisti zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva zəhərlənib. “Report”un xəbərinə görə, xalq artisti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Belə ki, xalq artisti yuxu pozğunluğuna qarşı dərman atıb. Lakin dərman əks effekt göstərib. Bu səbəbdən də o, təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Mərkəzdə ona zəhərlənmə diaqnozu qoyulub.

1 saylı Kliniki Tibbi Mərkəzdən “Report”a fakt təsdiqlənib: “Hadisə oktyabrın 10-da baş verib. Nazpəri Dostəliyeva həmin gün xəstəxanaya gəlib. Həkim məsləhətilə bir gün xəstəxanada yatıb, səhəri gün, yəni oktyabrın 11-də evə buraxılıb”.

Son xəbərlər

Orphus sistemi