Azərbaycanda TDT-nin Gənclər Forumu keçiriləcək

Azərbaycanda TDT-nin Gənclər Forumu keçiriləcək "Diasporlarımız zaman-zaman müxtəlif problemlərlə üzləşir".
Şou-biznes
20 Dekabr , 2022 15:53
Azərbaycanda TDT-nin Gənclər Forumu keçiriləcək

"Diasporlarımız zaman-zaman müxtəlif problemlərlə üzləşir".

"Report" xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə
yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumunda bildirib.

O qeyd edib ki, gələcəkdə TDT-yə üzv dövlətlərin diaspor təşkilatları ilə fəaliyyətlərini daha da genişləndirəcəklər: “Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında çox sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığl daha da gücləndirəcəyik. Gələcək illərdə Azərbaycanda TDT-nin Gənclər Forumu keçiriləcək. Bu forumun daha sonra Türkiyədə də keçirilməsini arzulayırıq”.

A.Eren söyləyib ki, Fransa parlamentində Azərbaycan və Türkiyə əleyhinə qətnamələrin qəbul edilməsindən sonra diaspor təşkilatlarımız birgə qərarlar verdi, birlik nümayiş etdirdi.

Son xəbərlər

Orphus sistemi