Azərbaycan təmsilçisi sabah "Eurovision-2017”nin ilk yarımfinalda çıxış edəcək

Azərbaycan təmsilçisi sabah "Eurovision-2017”nin ilk yarımfinalda çıxış edəcək Mayın 9-da keçiriləcək ilk yarımfinalda iştirak edəcək ölkələrin ardıllığı isə belədir
Şou-biznes
8 May , 2017 15:58
Azərbaycan təmsilçisi sabah Eurovision-2017”nin ilk yarımfinalda çıxış edəcək

Bakı. 8 may. REPORT.AZ/ Kiyevdə "Eurovision" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva mayın 9-da ilk yarımfinalda çıxış edəcək.

“Report” xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə D.Hacıyeva “Skeletons” mahnısını səsləndirəcək. 

O, 8-ci sırada çıxış edəcək.

Mayın 9-da keçiriləcək ilk yarımfinalda iştirak edəcək ölkələrin ardıcıllığı isə belədir:

1. İsveç

2. Gürcüstan

3. Avstraliya

4. Albaniya

5. Belçika

6. Monteneqro

7. Finlandiya

8. Azərbaycan

9. Portuqaliya

10. Yunanıstan

11. Polşa

12. Moldova

13. İslandiya

14. Çexiya

15. Kipr

16. Ermənistan

17. Sloveniya

18. Latviya

Müsabiqənin rəsmi açılışı mayın 7-də Kiyevdəki Mariinski sarayında baş tutub. İkinci yarımfinal mayın 11-də final isə mayın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi