Azərbaycan tarixində ilk dəfə "Eurovision"un finalına çıxa bilməyib - VİDEO - YENİLƏNİB

Azərbaycan tarixində ilk dəfə "Eurovision"un finalına çıxa bilməyib - VİDEO - YENİLƏNİB Aysel ilk yarımfinalda "X my heart" mahnısını ifa edib
Şou-biznes
9 May , 2018 01:09
Azərbaycan tarixində ilk dəfə Eurovisionun finalına çıxa bilməyib - VİDEO - YENİLƏNİB

Bakı. 9 may. REPORT.AZ/ Bu gün Lissabonda "Eurovision-2018" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub. Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.

“Report” xəbər verir ki, Aysel Məmmədova ilk yarımfinalda 1 nömrə altında “X my heart” mahnısı ilə çəxış edib.

İlk yarımfinalın 19 iştirakçısından 10-u finala çıxıb:

Avstriya, Cesar Sampson (Nobody But You),

Estoniya, Elina Nechayeva (La Forza),

Kipr, Eleni Foureira (Fuego),

Litva, Ieva Zasimauskaite (When We’re Old),

İsrail, Netta (Tou),

Çexiya, Mikolas Josef (Lie To Me),

Bolqarıstan, EQUINOX (Bones),

Albaniya, Eugent Bushpepa (Mall),

Finlandiya, Saara Aalto (Monsters),

İrlandiya, Ryan O’Shaughnessy (Together)

Finala Azərbaycanla yanaşı İslandiya, Belçika, Belarus, Makedoniya, Xorvatiya, Yunanıstan, Ermənistan və İsveçrə də vəsiqə qazana bilməyib.

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.


***23:40

Bakı. 8 may. REPORT.AZ/ Portuqaliyanın paytaxtı Lissabon şəhərində "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsi start götürüb.

“Report” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Aysel Məmmədova "X my heart" mahnısı ilə ilk yarımfinalda birinci çıxış edib.

Mahnı yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli xanım Sandra Byorman tərəfindən yazılıb.

Son xəbərlər

Orphus sistemi