​Avstraliya ilk dəfə olaraq "Eurovision"da iştirak edəcək

​Avstraliya ilk dəfə olaraq "Eurovision"da iştirak edəcək Kanberranın göndərəcəyi iştirakçı birbaşa finala düşəcək
Şou-biznes
11 Fevral , 2015 03:21
​Avstraliya ilk dəfə olaraq Eurovisionda iştirak edəcək

Bakı. 11 fevral. REPORT.AZ/ "Eurovision" mahnı yarışmasının bu il keçiriləcək 60 illiyi ilə əlaqədar olaraq Avstraliya da yalnız bir dəfə müsabiqədə iştirak edəcək.

"Report" xəbər verir ki, eyni zamanda əksər iştirakçılardan fərqli olaraq Kanberranın göndərəcəyi iştirakçı dərhal finala düşəcək.

"Bu, cəsarətli və əsl heyranlıq doğuran bir addımdır. Bu, bizim bayram etməyimiz üçün bir vasitədir", - deyə "Eurovision"un supervayzeri Yon Ula Sann öz sevincini bölüşüb.

Bu il müsabiqənin finalı 23 may tarixində Vyanada keçiriləcək. Yarışda 40 ölkənin nümayəndəsi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi