Argentinalı cazmen vəfat edib

Argentinalı cazmen vəfat edib 84 yaşlı cazmen Nyu-Yorkda dünyasını dəyişib
Şou-biznes
1224
4 Aprel , 2016 09:52
Argentinalı cazmen vəfat edib

Bakı. 4 aprel. REPORT.AZ/ Nyu-Yorkda populyar argentinalı cazmen Leonardo Barbieri vəfat edib.

"Report" xəbər verir ki, "Qato" təxəllüsü ilə tanınan 84 yaşlı cazmen həm də tanınmış saksafon ifaçısı olub.

Xəstəxanada dünyasını dəyişən cazmenin ölümünə səbəb ağciyərlərində yaranan problem göstərilib.

Argentinada dünyaya gələn cazmen 1967-1982-ci illərdə 30-dan çox albom yazdırıb.1973-cü ildə "Parisdə sonuncu tanqo" filminə yazdığı musiqiyə görə "Qremmi", 2015-ci ildə "Latın Qremmisi" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi