Rusiyanın məşhur müğənniləri Bakıya gələcək

Rusiyanın məşhur müğənniləri Bakıya gələcək Müğənnilər "Jara-2017" beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcəklər
Şou-biznes
2046
9 Yanvar , 2017 14:40
Rusiyanın məşhur müğənniləri Bakıya gələcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın məşhur müğənniləri Alla Puqaçova və Kristina Orbakayte Azərbaycana gələcək. 

"Report"  Rusiya KİV-ə istinadən xəbər verir ki, müğənnilər iyul ayında Bakıda keçiriləcək "Jara-2017" beynəlxalq musiqi festivalına qatılacaqlar və  konsert proqramı ilə çıxış edəcəklər. 

Məlumata görə, festival iyulun 27-də başlayacaq və 30-dək davam edəcək. 

Qeyd edək ki, ötən il keçirilən festivalda Rusiyanın bir çox tanınmış simaları iştirak edib. Xəzər dənizinin sahilindəki "Sea Breeze” istirahət mərkəzində baş tutan musiqi tədbirinə 10 mindən çox insan qatılıb. Festivalın Bakıda hər il keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi