Bakı. 26 noyabr. REPORT.AZ/ Xalq artisti Brilliant Dadaşova Türkiyədə olarkən Ajda Pekkanla yenidən görüşüb. Bu barədə "Report" a xalq artisti özü məlumat verib.
"Ziyafətlərin birində Ajda Pekkanla görüşdüm. Səmimi söhbət etdik. Burda bəzi adamlar guya Ajda Pekkanın Bakıya sonuncu səfərində mənimlə görüşmədiyini, mənimlə salamlaşmadığını demişdilər. Ajda xanımla həmin söhbəti yada salıb güldük. Hətta Ajda Pekkan kolleksiyasında olan libaslardan birini mənə hədiyyə etdi. Paltarı görən kimi bəyəndiyimi dedim. Ajda Pekkan "Çox bəyəndinsə, sənin olsun dedi", - B.Dadaşova deyib
Qeyd edək ki, xalq artisti hazırda Yeni İl çəkilişlərinə hazırlaşır.
