Zirədə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Zirədə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib Xəzər və Cəlilabad rayonlarında vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə səyyar xidmət keçirilib
Sosial müdafiə
27 Fevral , 2015 19:56
Zirədə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Xəzər RPİ-nin və Cəlilabad RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Xəzər rayonunun Zirə qəsəbəsində keçirilən belə tədbir zamanı 31 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.

Bununla yanaşı, Cəlilabad şəhərinin 4 və 7 saylı məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin də sənədləri qəbul edilib. Həmçinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 40 rayon sakininə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə təşkil olunan belə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi