Zərdabda aztəminatlı ailələrə yardım edilib

Zərdabda aztəminatlı ailələrə yardım edilib Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” şüarına dəstək olaraq Zərdab rayonunda ehtiyacı olan ailələrə ərzaq yardımı paylanılıb.
Sosial müdafiə
974
12 Aprel , 2020 15:42
Zərdabda aztəminatlı ailələrə yardım edilib

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” şüarına dəstək olaraq Zərdab rayonunda ehtiyacı olan ailələrə ərzaq yardımı paylanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Zərdabda başladılan “Biz Birlikdə Güclüyük” xeyriyyə aksiyası çərçivəsində daha səkkiz aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq yardımı edilib.

Həmçinin, vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

Bu günə kimi, yardım aksiyası çərçivəsində rayonda 56 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Sovqatları qəbul edən aztəminatlı ailələr nəcib təşəbbüsə görə xeyriyyə aksiyasının iştirakçılarına xoş arzularını ifadə ediblər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənir.

Son xəbərlər

Orphus sistemi