Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib

Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib Bakı. 8 may. REPORT.AZ/ Bu gün “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatala rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Sosial müdafiə
8 May , 2018 18:37
Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Bu gün “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatala rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Xidmətdən "Report"a verilən məlumata görə, aksiya çərçivəsində 600-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən, az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi