Zaqatalada 400-ə yaxın qadın iqtisadi təlimə cəlb olunub

Zaqatalada 400-ə yaxın qadın iqtisadi təlimə cəlb olunub USAİD-in təşkilatçılığı ilə Zaqatala rayonuna səfər təşkil edilib
Sosial müdafiə
23 Noyabr , 2021 10:33
Zaqatalada 400-ə yaxın qadın iqtisadi təlimə cəlb olunub

USAİD-in təşkilatçılığı ilə Zaqatala rayonuna səfər təşkil edilib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, səfər çərçivəsində ABŞ-ın Missiya rəhbərinin müavini Maykl Dikerson, USAİD-in Missiya direktoru Caydev Sinq, BMT-nin Rezident əlaqələndiricisi Vladanka Andreeva, Niderland Krallığının Səfiri Pauline Eizema və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirak ediblər.

Səfərin əsas məqsədi qadın sahibkarlara, qadınların iqtisadi imkanlarının artırılması sahəsində gördüyü işləri təqdim etmək, onlara tanış etmək və eyni zamanda da qadınları bu işə davamlı olaraq cəlb etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib ki, Zaqatala rayonunda bu prosesə 400-dən artıq qadın cəlb olunub: "Gördünüz ki, bu gün çox maraqlı bir görüş alındı. Verilən məlumata görə, bu müddət ərzində Zaqatala rayonunda 400-dən yuxarı qadın bu prosesə cəlb olunub. Onların bir xeylisi təlimlər keçib, öz bacarıq və peşəkarlıqlarını artırıblar.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə faəliyyət göstərən xanımların əl işləri nümayiş etdirilib. Onlardan 70-i kiçik biznes layihələrini təqdim edib. 52-nəfərə isə avadanlıq verilib və öz fəaliyyət dairəsi üzrə işə başlayıblar. Digər 18-nəfərə isə gələn il avadanlıqların təqdim olunması nəzərdə tutulub. Bu kimi layihələr nəticəsində iştirakçı gənclərin bir çoxu Zaqatalada özlərinə iş tapmağa müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi