Yuxarı
    Bağlamaq

    Zakir Qaralov vətəndaşları qəbul edəcək

    Qəbul Qəbələ rayon prokurorluğunun inzibati binasında keçiriləcək

    Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin - 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi