Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq
Sosial müdafiə
11 May , 2016 14:46
Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edəcək

Bakı. 11 may. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov mayın 20-də Goranboy Rayon Prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrini müvafiq şəhər və rayon prokurorluqları təşkil edəcək. 

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması İdarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi